Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanılıb
  28 Mart 2018    Oxunub:862
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 83 cinayət faktı qeydə alınıb, onların 16-ı “isti izlər”lə açılıb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 31 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti