XİN: Rusiyadakı yanğında azərbaycanlı ölməyib - (Yenilənib)

XİN: Rusiyadakı yanğında azərbaycanlı ölməyib - (Yenilənib)
  26 Mart 2018    Oxunub:2790
Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə AzVision.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi qeyd edib ki, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycannın Rusiyadakı səfirliyinə verilən ilkin məlumata əsasən, ticarət mərkəzindəki yanğında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb.

***
(10:55)

Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində xəsarət alan və ölənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a bildirib ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Fövqəladə hallar Nazirliyinin Böhran vəziyyətlərində idarəetmə mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadırlar. O, qeyd edib ki, əlavə məlumat olduğu təqdirdə KİV-ə bildiriləcək.

Qeyd edək ki, Rusiyada "Zimnyaya vişnya" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 53 nəfər ölüb.

AzVision.az


Teqlər: Rusiya   XİN   Yanğın  





Xəbər lenti