Türkmənistan vətəndaşları Bakıda səs verirlər

Türkmənistan vətəndaşları Bakıda səs verirlər
  25 Mart 2018    Oxunub:1197
Türkmənistan vətəndaşları Bakıdakı seçki məntəqəsində Məclis deputatlarının, Xalq Məşvərəti və Qenqeş üzvlərinin seçkilərində fəal şəkildə səs verirlər.
Martın 25-də Türkmənistanın Azərbaycanda müvəqqəti və daimi yaşayan vətəndaşlarının səsverməsinin keçirilməsi üçün bu ölkənin Bakıdakı səfirliyində 1 nömrəli seçki məntəqəsi açılıb.

Səsvermə Bakı vaxtı ilə saat 07:00-da başlanıb və 19:00-dək davam edəcək. Saat 11:00-dək olan vəziyyətə görə, seçicilərin 60 faizindən çoxu seçkilərdə iştirak edib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, vətəndaşların səsvermə hüququndan sərbəst istifadə etmələri üçün məntəqədə hər cür şərait yaradılıb.




Teqlər: Türkmənistan   Səfirlik   Seçki  





Xəbər lenti