FHN-dən əhaliyə Novruz xəbərdarlığı

FHN-dən əhaliyə Novruz xəbərdarlığı
  07 Mart 2018    Oxunub:1881
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
AzVision.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

yandırılan şamlar nəzarətsiz qalmamalıdır.


Hər hansı təhlükəli hal yaranarsa, 112-yə zəng etmək tövsiyə olunur.

AzVision.az


Teqlər: FHN   Novruz   Yanğın  





Xəbər lenti