İmtahanda cəmi 7 nəfər iştirak edib

İmtahanda cəmi 7 nəfər iştirak edib
  03 Mart 2018    Oxunub:1229
Martın 3-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL IBT imtahanı keçirilib. İmtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.
DİM-dən AzVision.az-a verilən məlumata görə, imtahanda 7 nəfər iştirak edib. İmtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Növbəti TOEFL IBT imtahanının aprelin 21-də keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, TOEFL IBT imtahanı ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. Bu imtahan vasitəsilə oxumaq, yazmaq, dinləmək və danışmaq üzrə bacarıqları tətbiqetmə dərəcəsi müəyyən edilir.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti