Müxalifətin qeyri-leqal maliyyəsinin izləri

Müxalifətin qeyri-leqal maliyyəsinin izləri
  04 Mart 2013    Oxunub:2262
Hazırda Azərbaycanda 108 beynəlxalq qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Onlardan əksəriyyəti Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Bəziləri isə qeydiyyatdan keçməmələrinə baxmayaraq, faktiki qeyri-legal şəraitdə fəaliyyət göstərirlər.

Sual yaranır: nədən bu təşkilatlar Azərbaycanda fəaliyyət göstərməkdə bu dərəcədə maraqlıdırlar? Onların fəaliyyəti nədən ibarətdir? Maliyyə hesabatlarının şəffaflığı hansı səviyyədədir?

Qeyd etmək lazımdır ki, maliyyə hesabatlarında şəffaflıq baxımından bir çox QHT-lər axsayırlar. O cümlədən də, beynəlxalq, xarici QHT-lər.
“Qeyri-hökumət təşkilatları haqqında” Qanunun 29-cu maddəsinə görə, QHT-lərin gəlirlərinin məbləği və xərcləri barədə məlumat dövlət və ya kommersiya sirri ola bilməz. Onlar hər il aprelin 1-dək Maliyyə Nazirliyinə hesabat təqdim etməlidirlər. Milli Məclis tərəfindən qəbul edilən yeni qanunla isə bu müddəa nəinki qrantlara, həm də ianələrə aid ediləcək.

Reallıqda isə “üçüncü sektor”da, o cümlədən, beynəlxalq QHT-lərdə maliyyə hesabatının şəffaflığı çox bərbad vəziyyətdədir. Xüsusilə, xarici donorlardan daxil olan qrantların və ianələrin əhəmiyyətli hissəsinin gerçəkdə kimlərin cibinə getdiyi və nəyə sərf olunduğu məlum deyil.

Xarici qeyri-hökümət təşkilatlarının Azərbaycan nümayəndəliklərində çalışanlar nə ilə məşğuldurlar? Məlum deyil.

Məsələn, nədən bəzi beynəlxalq və xarici QHT-lərin nümayəndələri vaxtaşırı öz hesablarından böyük məbləğdə nağd pullar götürməkdə maraqlıdır? Bəlkə alış-veriş etmək üçün? Amma götürülən məbləğlərin həcmi və ölkədə nağsız ödəmə sisteminin mövcudluğu bunu deməyə əsas vermir.

Nədən nağd pulların hesabdan çıxarılması ilə ölkədə baş verən hadisələr arasında sinxron bağlılıq var? Məsələn, keçən il “Eurovision” ərəfəsində, noyabr-dekabr aylarında keçirilən mitinqlər ərəfəsində ölkədəki QHT-lərin hesablarından xeyli pullar çıxarılmışdı.

Hesablardan pul çıxarışlarının aylıq xarakter daşıması da müəyyən suallar doğurur. Bəlkə bu, müxalifətin aylıq maaşlarıdır?

Bütün bu suallar jurnalist araşdırmasının predmetidir.


Teqlər:  





Xəbər lenti