Bakıda hər gün təxminən 83 uşaq dünyaya gəlir

Bakıda hər gün təxminən 83 uşaq dünyaya gəlir
  01 Mart 2018    Oxunub:7112
2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 30373 nəfər, gündə təxminən 83 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,5 təşkil edib.
Bu barədə AzVision.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, doğulan körpələrin 346-sı əkiz, 4-ü üçəm olub. Yeni doğulan körpələrin 52,5%-i oğlan, 47,5%-i isə qız uşaqlarından ibarət olub.

2017-ci ildə Bakı şəhərində 12 938 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,7 təşkil edib.

AzVision.az


Teqlər: Bakı   Əhali  





Xəbər lenti