Azərbaycanda 2 ayda 100 nəfər yol qəzasında ölüb

Azərbaycanda 2 ayda 100 nəfər yol qəzasında ölüb
  28 Fevral 2018    Oxunub:1482
Bu ilin iki ayı (yanvar-fevral) ərzində respublikanın avtomobil yollarında 196 yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, 2 ayda yol qəzalarında 100 nəfər ölüb, 241 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, ötən il respublika ərazisində baş verən 1833 yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: DİN   Qəza   Ölüm  





Xəbər lenti