Köməksiz qalan 3 azyaşlı xilas edilib

Köməksiz qalan 3 azyaşlı xilas edilib
  28 Fevral 2018    Oxunub:1277
Gəncədə köməksiz qalan 3 nəfər azyaşlı xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, şəhərin Nizami rayonunda 3 nəfər azyaşlı giriş qapısının kilidinin sınması nəticəsində evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri evin qapısının açılmasını təmin edib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Gəncə  





Xəbər lenti