Bakıda intihara cəhd edən qadın xilas edildi

Bakıda intihara cəhd edən qadın xilas edildi
  27 Fevral 2018    Oxunub:1818
Paytaxtda intihara cəhdin qarşısı alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qadın elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Bakı  





Xəbər lenti