Göygöldə oğurladığı pulları Bakıda xərclədi

Göygöldə oğurladığı pulları Bakıda xərclədi
  20 Fevral 2018    Oxunub:1631
Yanvarın 23-də Göygöl rayon Üçtəpə kənd sakini F.Məmmədov RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən 7900 manat pulun oğurlandığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzVision.az-a verilən məlumata görə, məsələ ilə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq şöbəyə gətirilib.

Ətrafında aparılan araşdırmalarla onun həmin kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş Elfaq İsayev olduğu müəyyən edilib. Dindirilmə zamanı E.İsayev evə qanunsuz daxil olmaqla oradan 7900 manat pulu götürdüyünü etiraf edərək, həmin pulları Bakıda xərclədiyini bildirib.

Faktla bağlı Göygöl RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti