Gömrükdən qanunsuz qızıl keçirmək istədi

Gömrükdən qanunsuz qızıl keçirmək istədi
  20 Fevral 2018    Oxunub:2448
Gömrük nəzarətinə bəyan edilməyən qızıldan hazırlanan zərgərlik məmulatı aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə “Smiths detektion Heimann X-ray” yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib. Baxış zamanı xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 58,2 qram olan 1 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 4 cüt qızıl sırğa və 10 ədəd qızıl boyunbağı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Qızıl  





Xəbər lenti