Qusarda 2 uşaq anası yoxa çıxıb - Məktub yazıbmış (VİDEO)

Qusarda 2 uşaq anası yoxa çıxıb - Məktub yazıbmış (VİDEO)
  11 Fevral 2018    Oxunub:10118
Qusarın Qullar kənd sakini 29 yaşlı Rəna Mehdiyeva itkin düşüb. Qayınanasının dediyinə görə, Rəna ilə aralarında heç vaxt problemləri olmayıb.
Rəna 2 ay xəstəxanada müalicə alıb. Evə qayıtdıqdan sonra onda dəyişiklik baş verib. Rəna həyat yoldaşından ayrılmaq istəyib. Səbəb isə onun görüdüyü yuxu olub.

Ən maraqlısı odur ki, Rəna evdən gedən zaman məktub yazıb. Məktubda ailə üzvlərindən narazı olmadığını bildirib.

Bundan sonra Rəna evdəkilərlə sağollaşıb. Yazdığına görə, Bakıdakı bacılarının yanına üz tutub. Amma bacıları onu Qusara bibisigilə göndərib. 4 gün orda qalan qadın həmin evdən yoxa çıxıb. Bundan sonra heç kim ondan xəbər ala bilməyib. (Xəzər TV)



AzVision.az


Teqlər: Qusar   İtkin  





Xəbər lenti