Növbəti miqrant faciəsi - 90 nəfər dənizdə batıb

Növbəti miqrant faciəsi - 90 nəfər dənizdə batıb
  02 Fevral 2018    Oxunub:2227
Aralıq dənizində miqrantları daşıyan gəmi batıb.

AzVision.az xəbər verir ki, bunu Cenevrədə keçirilən brifinqdə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndəsi Oliviya Heyden bildirib. O, qeyd edib ki, insident bu gün səhər saatlarında Liviya sahillərində baş verib.
İlkin məlumata görə, gəmidə 90-a yaxın miqrant olub: “10 nəfərin cəsədi sahildə tapılıb, onlardan ikisi - Liviya, səkkizi isə Pakistan vətəndaşıdır. İki nəfər sağ qalıb. Onları dənizdə balıqçılar tapıb”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Miqrant  





Xəbər lenti