“Həbsxanalarda vərəmin artması müşahidə edilir” - General

“Həbsxanalarda vərəmin artması müşahidə edilir” - General
  30 Yanvar 2018    Oxunub:2182
“Dünyada cəzaçəkmə müəssisələrində vərəmin 20-40 dəfə cəmiyyətdən artıq olması müşahidə edilir. Azərbaycanda isə bu rəqəm 14-dür. Müəyyən tədbirlərin görülməsinə baxmayaraq, həm xəstələnmə, xəstəlik, həm də göstəricilər cəzaçəkmə müəssisələrində yüksəkdir”.
AzVision.az xəbər verir ki, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə çıxış edən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev deyib.

General bildirib ki, cəzaçəkmə müəssisələrində müalicə Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu qaydalar əsasında həyata keçirilir:

“Vərəm xətəliyi keçirmiş şəxslər azadlığa çıxdıqdan sonra onlara xüsusi nəzarət edilməlidir. Biz bu nəzarəti Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə təmin etmişdik. Son illərdə isə nəzarəti QHT-lər təmin edir. Burada həmin şəxslərə xüsusi yanaşma tələb olunur. QHT-lərin üzərinə ciddi məsuliyyət düşür. Bunun üçün QHT-lərə dövlət dəstəyi artırılmalıdır”.

R. Mehdiyev qeyd edib ki, sovet dövründə müəyyən obliqat qrupu var idi, həmin qrupa daxil olanlar mütəmadi olaraq müayinələrdən keçirilir, bu işə xüsusi nəzarət edilirdi.

"Bu gün isə unudulub. Bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyir və onlara nəzarət edilmir. Əvvəllər belə obyektlərdə işləyənlər 3-4 aydan bir məcburi müayinədən keçirdilər. Bunu bərpa etmək və çox ciddi nəzarət etmək lazımdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Həbsxana   Vərəm  





Xəbər lenti