İrana gedən 7 Özbəkistan vətəndaşı Azərbaycanda saxlanıldı

İrana gedən 7 Özbəkistan vətəndaşı Azərbaycanda saxlanıldı
  30 Yanvar 2018    Oxunub:2169
Azərbaycandan İrana qanunsuz keçmək istəyən Özbəkistan vətəndaşları saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yanvar ayının 27-də qabaqlayıcı əməliyyat məlumatının realizəsi nəticəsində “Şaxtaxtı” sərhəd nəzarəti məntəqəsində İran İslam Respublikasının saxta vizaları ilə Azərbaycandan İrana keçmək istəyən 7 nəfər Özbəkistan vətəndaşı - 1988-ci il təvəllüdlü Olimova Maqsuda Aydınovna, 1972-ci il təvəllüdlü Mukimova Şaxlo Tolhunova, 1987-ci il təvəllüdlü Saidjanova Nigora Arifovna, 1993-cü il təvəllüdlü Baltayev Olimjan Kominjan, 1993-cü il təvəllüdlü Sanginova Maxiqexraon Muxiddinjon, 1990-cı il təvəllüdlü Axmedova Şaxnozahon Raçiddek saxlanılıb və Dövlət Miqrasiya Xidmətinə təhvil verilib. Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.



AzVision.az


Teqlər: DSX   Azərbaycan   İran  





Xəbər lenti