"Azəriqaz"dan qaz problemi ilə bağlı şikayətlərə cavab

"Azəriqaz"dan qaz problemi ilə bağlı şikayətlərə cavab
  29 Yanvar 2018    Oxunub:6009
"Azəriqaz" İstehsalat Birliyi (İB) son günlər ölkənin bəzi yerlərində təbii qazın verilişində problemlərin olması ilə bağlı şikayətlərə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev AzVision.az-a bildirib ki, havalar soyuduqca təbii qaza olan tələbat artır.
Onun sözlərinə görə, hazırda ciddi problem müşahidə edilmir, son iki gün ərzində təbii qazın sərfiyyatı 635 min kubmetr artıb.

“Yanvarın 27–də respublika üzrə təbii qazın sərfiyyatı 32 milyon 231 min kubmetr olubsa, 28 yanvar tarixində bu rəqəm 32 milyon 866 min kubmetrə çatdırılıb. Artım 635 min kubmetrdir. Gündəlik olaraq tələbat artdıqca təbii qazın verilişi artırılır. Əməkdaşlarımız tərəfindən qaz xətləri üzərində quraşdırılmış avadanlıqlar və qaz tənzimləyici qurğular vasitəsi ilə tənzimlənmə işləri aparılır. Hansı ərazidə təbii qazın verilişində çatışmazlıq yaranırsa, dərhal aradan qaldırlır. Həmçinin fərdi qaydada abunəçinin qaz təchizatında problem yaranırsa, birliyin 104 və 185 çağrı mərkəzi sutkanının 24 saatı fəaliyyət göstərir. Müraciət elektron qaydada qəbul olunur. Sonra aidiyyatı rayon üzrə dərhal elektron formada göndərilir və əməkdaşlarımız tərəfindən çağırış daxil olan ünvana baxış keçirilir. Problem yaranırsa, dərhal aradan qaldırılır. Əgər qazın təzyiqi aşağı olursa, tənzimlənmə aparılır”- deyə "Azəriqaz" rəsmisi vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Azəriqaz   Qaz  





Xəbər lenti