Vağzalda heroin satmaq istəyən şəxs yaxalandı

Vağzalda heroin satmaq istəyən şəxs yaxalandı
  29 Yanvar 2018    Oxunub:1755
Daxil olmuş məlumat əsasında Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Narkotiklərə Mübarizə Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan əvvəllər məhkum olunmuş, Azər Bayramov Bakı Dəmir Yolu Vağzalının ərazisində şübhəli şəxs qismində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, baxış zamanı onun üzərindən hazır qablaşdırılmış formada olan külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 1 kiloqram 455 qram heroin olması barədə rəy verilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. O, ifadəsində heroini satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti