Bakıda avtobus piyadanı vuraraq öldürüb

Bakıda avtobus piyadanı vuraraq öldürüb
  29 Yanvar 2018    Oxunub:1241
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yanvarın 27-də saat 6 radələrində Sabunçu qəsəbəsi ərazisində Gədəbəy rayon sakini Əflatun Cəfərov idarə etdiyi “İsuzi” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şıxməmməd Yadigarovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti