Azərbaycanda axtarışda olan 25 nəfər tutulub

Azərbaycanda axtarışda olan 25 nəfər tutulub
  29 Yanvar 2018    Oxunub:1277
2018-ci il yanvar ayının 27-dən 29-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən 164 cinayət faktı qeydə alınıb, onların 36-sı “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 25 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti