Yevlaxda dülgər sexi yanıb

Yevlaxda dülgər sexi yanıb
  28 Yanvar 2018    Oxunub:1922
Yevlaxda yanğın hadisəsi baş verib.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə ümumi sahəsi 200 m2 olan dülgər sexində baş verib.

Nəticədə sexin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və içərisində 30 m2 sahəyə yığılmış taxta yonqarı yanıb. Sexin qalan hissəsi və 2 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yevlax   Yanğın  





Xəbər lenti