Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb
  27 Yanvar 2018    Oxunub:1488
Bakıda intihara cəhd hadisəsinin qarşısı alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər intihar etmək məqsədilə çoxmərtəbəli yaşayış binasının damına çıxıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən intihar cəhdinin qarşısı alınıb.

AzVision.az


Teqlər: FHN   İntihar   Cəhd   Bakı  





Xəbər lenti