Tovuzda maşın aşıb, 4 nəfər yaralanıb

Tovuzda maşın aşıb, 4 nəfər yaralanıb
  27 Yanvar 2018    Oxunub:3961
Tovuz rayonunda avtomobil idarəetmədən çıxaraq aşıb, 4 nəfər xəsarət alıb.
Hadisə rayonun Böyük Qışlaq-Cəfərli avtomobil yolunda baş verib.

İlkin məlumata görə, qarlı-şaxtalı hava şəraiti səbəbi ilə avtomobil idarəetmədən çıxaraq sürüşüb və yolun kənarına aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb ediliblər.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report)

AzVision.az


Teqlər: Tovuz   Qəza  





Xəbər lenti