Xətaidə yanğın olub

Xətaidə yanğın olub
  27 Yanvar 2018    Oxunub:1658
Bakının Xətai rayonunda yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 8 ədəd sayğac və 15 p.m elektrik kabeli yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Xətai  





Xəbər lenti