Nazirliyin sığınacağında 108 nəfərə xidmət göstərilib

Nazirliyin sığınacağında 108 nəfərə xidmət göstərilib
  27 Yanvar 2018    Oxunub:1402
Sosial sığınacaqlarda 45 nəfər stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində son 3 aya yaxın müddət ərzində 108 nəfərə xidmət göstərilib.

"Sosial sığınacaqlara yerləşdirilmiş insanların qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilir. Bunun üçün hər iki müəssisədə yüksək standartlara cavab verən şərait mövcuddur. Həmin müəssisələrdə qış mövsümündə qarlı-şaxtalı, çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan şəxslərin də müvəqqəti sığınacaqla təmin olunması həyata keçirilir".

AzVision.az


Teqlər: Nazirlik   Sosial  





Xəbər lenti