Azərbaycanda bir ildə 78 narkoqrup tutulub

Azərbaycanda bir ildə 78 narkoqrup tutulub
  27 Yanvar 2018    Oxunub:1476
Narkotiklərlə əlaqədar 2727 (-15,9%), o cümlədən satış məqsədilə 799 (-1,4%) cinayət aşkar edilərək qeyri-leqal dövriyyədən 944,5 (+10,9) kq narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya edilən 175 (-26,5t) tondan çox çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
AzVision.az-ın məlumatına görə, bu, Daxili İşlər Nazirliyinin (DİN) ötən illə bağlı təqdim etdiyi hesabatda əksini tapıb.

Qeyd olunub ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 78 (+8) cinayətkar qrup yaxalanıb, 122,4 (-16,3%) kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Bu növ cinayət törədən 2364 nəfərdən 2078 (87,9%-i) işləməyən və oxumayan, 931 (39,4%) əvvəllər cinayət törətmiş şəxslər, 25 (1,1%) qadınlar təşkil edib. İctimai mənəviyyat əleyhinə (93,6%), şəxsiyyət əleyhinə (73%), mülkiyyət əleyhinə olan cinayətlərə (77%) görə axtarılanların tutulması işində müsbət nəticələr əldə edilib.

Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 13,2% yaxşılaşaraq istintaqdan və məhkəmədən yayınan 3415 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 79 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 39 şəxsin yeri müəyyən olunub.

Axtarışda olan təqsirləndirilən şəxslərin tutulma göstəricisi bütövlükdə 71,4%, itkin düşənlərin tapılması isə 77,7% təşkil edib. Hüquqa zidd əməl törətmiş 15522 şəxsdən 12886 nəfər məsuliyyətə cəlb edilən, onlardan 10330 (80,2%) işləməyən və oxumayan, 2465 (19,1%) əvvəllər məhkum edilən,, 649 (5%) qadın, 429 (3,3%) yetkinlik yaşına çatmayanlar olub.

AzVision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti