İnsan alveri ilə bağlı 295 cinayət qeydə alınıb

İnsan alveri ilə bağlı 295 cinayət qeydə alınıb
  27 Yanvar 2018    Oxunub:1723
İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 295 (-19) cinayət faktı müəyyənləşdirilərək 17 (-5) nəfərdən ibarət 8 (-1) cinayətkar qrup cinayət məsuliyyətinə cəlb olunub, bu əməllərin qurbanı 71 (+1) şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.
AzVision.az-ın məlumatına görə, bu, Daxili İşlər Nazirliyinin (DİN) ötən illə bağlı təqdim etdiyi hesabatda əksini tapıb. Qeyd olunub ki, ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 126 (-39), o cümlədən 49 (+8) fahişəliyə cəlb etmə və 58 (-41) əxlaqsız yuvaları saxlama cinayəti aşkarlanaraq 157 nəfər məsuliyyətə cəlb olunub.

İctimai yerlərdə baş vermiş cinayətlər 14,5% azalıb, bütövlükdə respublika üzrə açılması təmin edilən 249 qəsdən adam öldürmə və ona cəhdin 36,1%-i (90-ı) ailə-məişət münaqişələri zəminində baş verib.

Hesabat ilində mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 3179, o cümlədən 729 ağır və xüsusilə ağır cinayət törətmiş 2698 nəfəri birləşdirən 1028 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

AzVision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti