Azərbaycan MDB və Şərqi Avropada ən təhlükəsiz ölkədir

Azərbaycan MDB və Şərqi Avropada ən təhlükəsiz ölkədir
  27 Yanvar 2018    Oxunub:2579
2017-ci il ərzində daxili işlər orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkarlıqla mübarizə, ictimai asayışin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla icra olunub, vətəndaşların qanuni mənafeləri etibarlı şəkildə qorunub, respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına (264) görə cari ildə də MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkə mövqeyi qorunaraq kriminogen durum nəzarətdə saxlanılıb.
AzVision.az-ın xəbərinə görə, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26113 (2016-cı illə müqayisədə -1,9%) cinayət qeydə alınıb. Onların 93,1 %-i və ya 24300-ü daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olmuş, açılması isə 85,8% olmuşdur. Bu cinayətlərin 86,3 faizini böyük ictimai təhlükə törətməyən (7516) və az ağır (13463), yalnız 13,7%-ni (3321) ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

Cinayətlərin 19,3%-i (4686) şəxsiyyət əleyhinə, 52,8% (12824) iqtisadi fəaliyyət sahəsində, 25,2% (6116) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 2,8%-i (672) dövlət hakimiyyəti əleyhinə olanlar təşkil edib. Cinayətlərin strukturunda qəsdən adam öldürmə 9,5% (-17), mənimsəmə və israf etmə 6,8% (-10), dələduzluqlar 11,8% (-514), soyğunçuluq 16,6% (-54), quldurluq 23,6% (-39), hədə-qorxu ilə tələb etmə 10,5% (-9), xuliqanlıq 15,1% (-147), narkotik vasitələrlə bağlı cinayətlər 15,9% (-516), korrupsiya ilə bağlı cinayətlər 17,4% (-41) azalıb, oğurluqlar 9,8% (+706), o cümlədən mənzillərdən oğurluqlar 7,6% (+190), qaçaqmalçılıq 19% (+8) və ekoloji cinayətlər 28,3% (+36) artıb.

Ağır və xüsusilə ağır cinayətlərin 82,8%, o cümlədən qəsdən adam öldürmələrin 94,9%, hədə-qorxu ilə tələb etmələrin 94,8%, quldurluqların 89,5% açılması təmin edilib, habelə keçmiş illərdən bağlı qalmış 418, o cümlədən 97 ağır və xüsusilə ağır cinayət açılıb.

Bağlı qalmış 3420 cinayətin 83%-ni (2840) az ağır və böyük ictimai təhlükə törətməyən və yalnız 17% (580) ağır və xüsusilə ağır növlər təşkil edib, onlardan da 77,3% (2642) mülkiyyət əleyhinə, 8% (272) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 4,6% (156) şəxsiyyət əleyhinə olan cinayətlərdir.

AzVision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti