Bakıda toy yasa döndü

Bakıda toy yasa döndü
  23 Yanvar 2018    Oxunub:1860
Bakıda "Qara Qarayev" metrosunun yaxınlığında yerləşən restoranlardan birində keçirilən toy məclisində bədbəxt hadisə baş verib.
Hadisə ötən gecə qeydə alınıb. Toyda iştirak edən 60 yaşlı kişi bir müddət rəqs edəndən sonra yerində əyləşib. Amma təxminən 5 dəqiqə sonra onun halı pisləşib, ürəyi qəfil dayanaraq dünyasını dəyişib.

Hadisə baş verəndən sonra şənlik dayandırılıb. (Xəzər TV)

AzVision.az


Teqlər: BakıToy  





Xəbər lenti