Ağcabədidə evdən silah-sursat tapılıb

Ağcabədidə evdən silah-sursat tapılıb
  20 Yanvar 2018    Oxunub:2623
Ağcabədidə rayon sakininin evindən silah-sursat aşkar olunub.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları əldə etdikləri əməliyyat məlumatı əsasında rayon sakini Aslan Rüstəmzadənin evinə baxış keçiriblər.

Nəticədə evdən 1 ədəd “Makarov”, 1 ədəd “Reck-Cobra” markalı qaz tapançaları, 44 ədəd travmatik patron, 2 qandal və 1 ədəd nunçaqi aşkar edilərək götürülüb. Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: silah   DİN  





Xəbər lenti