Azərbaycanda 11 ayda 13 mindən çox ailə dağılıb

Azərbaycanda 11 ayda 13 mindən çox ailə dağılıb
  17 Yanvar 2018    Oxunub:2503
2017-ci ilin 11 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 57 177 nikah və 13 345 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ötən ilin yanvar-noyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2751 nəfər Azərbaycana gələn, 1704 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1047 nəfər təşkil edib.

AzVision.az


Teqlər: Ailə   Boşanma   DSK  





Xəbər lenti