Energetika Nazirliyində 20 Yanvar faciəsi anılıb
Mərasimdə 20 Yanvar faciəsinə ilk siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi vurğulanaraq qeyd edilib ki, olduqca mürəkkəb bir vəziyyətdə Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsi, günahkarların cəzalandırılması tələbini bütün dünyaya bəyan edib.
Məhz ulu öndərin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlər üzə çıxıb. İllər ötsə də, 20 Yanvar şəhidlərinin xatirəsi hər zaman bizimlədir. Azərbaycan dövləti şəhidlərimizin xatirəsini daim uca tutur, onların öz ölümləri ilə yaratdıqları qəhrəmanlıq nümunələrinin yeni nəsillərə çatdırılması, şəhid ailələrinin sosial müdafiəsi istiqamətində lazımi addımlar atılır. Anım mərasimi 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.
AzVision.az
Teqlər: Energetika-Nazirliyi 20-Yanvar