Gədəbəydə evdən 7 min manat oğurlandı

Gədəbəydə evdən 7 min manat oğurlandı
  17 Yanvar 2018    Oxunub:1225
Gədəbəy rayonunda evdən xeyli pul və qızıl oğurlanıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Allahverdi Musayev saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti