27 vəzifəli şəxslə bağlı korrupsiya araşdırması aparılıb

27 vəzifəli şəxslə bağlı korrupsiya araşdırması aparılıb
  17 Yanvar 2018    Oxunub:1291
Ötən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 27 vəzifəli şəxs barəsində araşdırma aparıb.
AzVision.az-ın məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, onlardan 7 nəfəri idarəyə dəvət edilərək xəbərdarlıq olunub: “Qalan 20 nəfər barəsində isə iş məhkəmələrə göndərilib, inzibati cəza tədbirləri görülüb”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Kamran-Əliyev   Korrupsiya  





Xəbər lenti