Naxçıvanda qanunsuz işləyən 346 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz işləyən 346 əcnəbi aşkarlanıb
  17 Yanvar 2018    Oxunub:1335
Ötən il ərzində muxtar respublika ərazisində qanunsuz və qeydiyyatsız yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 346 əcnəbi aşkarlanıb.
AzVision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən müşavirədə xidmətin rəisi, baş miqrasiya xidməti müşaviri Şahin Nəbiyev deyib.

Bildirilib ki, hesabat dövründə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xidmətə 626, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 7, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi ilə bağlı 6, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi ilə bağlı 37, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 337 müraciət daxil olub.

Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib.

AzVision.az


Teqlər: Naxçıvan   Miqrasiya  





Xəbər lenti