Təhsilin İnkişafı Fondu yaradılacaq

Təhsilin İnkişafı Fondu yaradılacaq
  26 Sentyabr 2013    Oxunub:1720
“Azərbaycanda Təhsilin İnkişaf Fondunun (TİF) yaradılması nəzərdə tutulur”.
Bunu jurnalsitlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, Təhsilin İnkişafı Fondu həm Azərbaycan, həm də beynəlxalq səviyyədə işlər görəcək: “İlkin mərhələdə fondun adının belə olması nəzərdə tutulub. Fondun yaradılması istiqamətində Təhsil Nazirliyi işlər görəcək”.

Azərbaycanda məktəblərin kompüterlə təminatı məsələsindən danışan nazir qeyd edib ki, təhsildə informasiya texnologiyalarının tətbiqi geniş imkanlar yaradır: “Azərbaycanın təhsil sistemi internetə qoşulan iri bir şəbəkədir. Respublikada 1695 məktəb yüksək sürətli internetə qoşulub. Təhsildə informasiya texnologiyalarının tətbiqi geniş imkanlar yaradır. Lakin bu sahədə müəyyən nöqsanlar da var. Belə ki, bütün məktəblərdə kompüterlər var, amma internetə qoşulmayıblar. Onların hər birinin internetə qoşulması təmin edilməlidir”.

Fatimə


Teqlər:  





Xəbər lenti