Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
AzVision.az-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Gəncə şəhər sakini Fəxrəddin Abdullayev tapdığı “AKS” markalı avtomat silahı, süngü bıçağını, 3 ədəd patron darağını və 96 ədəd müxtəlif çaplı patronu, Naxçıvan Muxtar Respublikasının Qarxanbəyli kənd sakini Ramiz Qəmbərzadə tapdığı nömrələri silinmiş 3 ov tüfəngini və 347 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil verib.
AzVision.az