Azərbaycanda radikal qrupların kök atmasının qarşısı alınıb

Azərbaycanda radikal qrupların kök atmasının qarşısı alınıb
  27 Dekabr 2017    Oxunub:1906
"Azərbaycanda dini radikalizm, xürafat və ekstremizmə qarşı mübarizə sahəsində hüquqi, ideoloji və iqtisadi müstəvidə tədbirlər həyata keçirilib. Görülən tədbirlər nəticəsində ölkədə radikal qrupların əsasları, onların hansısa formada kök atması və bu istiqamətdə genişlənmələrinin qarşısı alınıb".
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitlik var və ölkədə din amilindən sui-istifadə edərək ictimai-siyasi sabitliyi pozmağa cəhd yolverilməzdir.

"Bu hərəkəti etməyə imkanı olan qruplar yox dərəcəsindədir. Azərbaycan İslam aləmində bu yöndə özünəməxsus rolu olan ölkələrdən biridir” -deyə M.Qurbanlı vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Komitə   Mübariz-Qurbanlı  





Xəbər lenti