Paytaxtda 2363 nəfər yol qəzasında yaralanıb

Paytaxtda 2363 nəfər yol qəzasında yaralanıb
  26 Dekabr 2017    Oxunub:2415
Bu il Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrinə (ambulator) birbaşa müraciətlərin sayı 31510, hospitalizasiya 2591 olunub.
Səhiyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24895, hospitalizasiya 16734 olunub. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər zədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 20114, hospitalizasiya 12543, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 2363, hospitalizasiya 2058 olub.

Statistik rəqəmlərə əsasən 2017-ci il ərzində BŞT və TTYS-na nəqliyyat hadisəsi səbəbindən 2363 müraciət daxil olub. Bu hadisələr nəticəsində 2058 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur. Belə ki, 2016-cı il ərzində baş verən 2430 nəqliyyat hadisələri nəticəsində 2122 nəfər hospitalizasiya olunub. Bu da avtoqəzaların sayında 67, hospitalizasiyada isə 64 halda azalma deməkdir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Qəza  





Xəbər lenti