Ağdaş sakini həmyerlisini döyərək öldürüb

Ağdaş sakini həmyerlisini döyərək öldürüb
  25 Dekabr 2017    Oxunub:1328
Dekabrın 24-də Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində rayon sakini Dursun Muğumov münaqişə zəminində həmyerlisi Baxşalı Əliyevin baş nahiyəsinə ağac parçası ilə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən B.Əliyev orada ölüb. Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində D.Muğumov saxlanılaraq istintaqa təhvil verilib.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti