Çaylarda sululuq səviyyəsi açıqlanıb

Çaylarda sululuq səviyyəsi açıqlanıb
  24 Dekabr 2017    Oxunub:1479
Respublika çaylarında son 10 gün üzrə sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 120-170, Lənkəran-Astara bölgəsi çaylarında 110-120, Naxçıvan MR çaylarında isə 160 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 157 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 161 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 69 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 70 m3/s təşkil edərək ongünlük normanın 96 faizinə bərabər olub.

AzVision.az


Teqlər: ETSN  





Xəbər lenti