SOCAR-ın zavodunda bədbəxt hadisə: Ölən və yaralı var
Dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım hər iki işçini xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, 16:00 radələrində Məmmədov Əlövsət Adil oğlu dünyasını dəyişib.
Toğrul Əzizlinin həyatı hazırda təhlükə altında deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Nəticə barədə əlavə məlumat veriləcək.
SOCAR-ın rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
AzVision.az
Teqlər: SOCAR