Binəqədidəki yanğın söndürülüb - Yenilənib

Binəqədidəki yanğın söndürülüb - Yenilənib
  21 Dekabr 2017    Oxunub:1788
Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 34 m² olan kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 34 m² sahədə, bitişik olan müxtəlif təyinatlı obyektlərin tavanı və taxta atmaları 136 m² sahədə yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Binəqədi rayonunda mağazada yanğın olub. AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri hadisə yerindədir. İlkin məlumata görə, yanğın zamanı ölən və xəsarət alan olmayıb. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

AzVision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti