Alışqanın içərisindən marixuana çıxdı

Alışqanın içərisindən marixuana çıxdı
  20 Dekabr 2017    Oxunub:2840
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
AzVision.az-ın Penitensiar Xidmətin saytına istinadən verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cahangirov Orxan İlqar oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və əşyalarına baxış keçirilən zaman gizlətdiyi alışqanın içərisindən 1,67 qram marixuana aşkar edilib. Fakt üzrə araşdırma aparılır.

AzVision.az


Teqlər: Penitensiar-Xidmət  





Xəbər lenti