İtkin düşən bacı və qardaş tapıldı

İtkin düşən bacı və qardaş tapıldı
  20 Dekabr 2017    Oxunub:1805
Şirvanda itkin düşən qardaş-bacı tapılıb.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan AzVision.az-a verilən məlumata görə, bu il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri, 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.

Bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan şəhər Polis Şöbəsinə müraciət edib. Polis şöbəsinin cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş dünən Bərdə rayon ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.

AzVision.az


Teqlər: İtkin   Şirvan   DİN  





Xəbər lenti