4 mindən çox pirotexniki vasitə müsadirə edilib

4 mindən çox pirotexniki vasitə müsadirə edilib
  20 Dekabr 2017    Oxunub:1701
Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə 4345 ədəd pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən bu malların hamısı idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdiyi minik avtomobillərində aşkar olunub.

Həmin avtomobillərdən birinin arxa oturacağından yük bölməsinin bitdiyi hissəyə qədər kustar üsulla hazırlanmış gizli saxlanc yerində 1825 ədəd pirotexniki vasitə aşkarlanıb. Digər iki avtomobildə gömrük nəzarətindən gizlədilən 2520 ədəd pirotexniki vasitə isə nəqliyyat vasitələrinin hərəkətdə olan təkərlərində aşkar edilib.

Bütün faktlarla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Tovuz   Gömrük  





Xəbər lenti