Neftçala və Hacıqabulda ev yanıb

Neftçala və Hacıqabulda ev yanıb
  20 Dekabr 2017    Oxunub:1083
Neftçalanın Xolqaraqaşlı kəndində ümumi sahəsi 77 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hacıqabulda da ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğın olub.

Evin 1 otağında yataq dəsti və döşəmə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti