Xanımlar məcburi hamiləliyə təhrik oluna bilməz - Qadağa

Xanımlar məcburi hamiləliyə təhrik oluna bilməz - Qadağa
  19 Dekabr 2017    Oxunub:1985
Heç bir qadın cinsi münasibətlərə, məcburi hamiləliyə, doğuşa və aborta təhrik oluna bilməz. Bu hallar qadın üzərində zorakılıq kimi qiymətləndirilir.
AzVision.az xəbər verir ki, bu barədə yeni hazırlanan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd olunub.

Layihənin 8-ci (Reproduktiv toxunulmazlıq hüququ) maddəsinə əsasən, hər kəs özünün reproduktiv hüquqlarını həyata keçirərkən digər insanların hüquqlarına, şərəf və ləyaqətinə hörmət etməli, qanunilik, humanizm və məxfilik prinsiplərinə əməl etməlidir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Qadın   Hamilə   Reproduktiv  





Xəbər lenti