Gömrükdə növbəti siqaret əməliyyatı

Gömrükdə növbəti siqaret əməliyyatı
  19 Dekabr 2017    Oxunub:1655
Dövlət Gömrük Komitəsi (DGK)əməkdaşları aksiz markası ilə markalanmamış külli miqdarda siqaretin ölkə ərazisində realizə edilməsinin qarşısını alıblar.
DGK-dan AzVision.az-a verilən məlumata görə, Yevlax Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Mercedes Benz E220 CDİ" markalı avtomobil Bakı-Qazax yolunun Yevlax rayon ərazisindən keçən hissəsində saxlanılıb.

Yevlax Gomrük İdarəsində həmin nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin yük yerində aksiz markasız cəmi 34 min 400 ədəd müxtəlif adda siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti