Maşından 444 qutu pirotexniki vasitə aşkarlanıb

Maşından 444 qutu pirotexniki vasitə aşkarlanıb
  19 Dekabr 2017    Oxunub:1271
Gömrük nəzarətindən gizlədilən 444 qutu pirotexniki vasitə aşkar edilib
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış zamanı nəqliyyat vasitəsinin salonunda və avtomobilin altında 444 qutu pirotexniki vasitə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti